Əsas Səhifə > Güney Press > Ağdərədə turizm canlanır

Ağdərədə turizm canlanır


24-07-2025, 11:36

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi elan etdiyi tenderin nəticələrini açıqlayıb.

FED.azxəbər verir ki, Agentlik tenderi Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarı ətrafında turizm infrastrukturunun inkişafı üçün elan edib. Bu məqsədlə “Apex Group” MMC ilə müqavilə bağlayaraq layihə-smeta sənədlərinin hazırlanmasını ona həvalə edib.

Qalib şirkətə ödəniləcək pulun ümumi dəyəri 266 379 manat təşkil edir.


Geri qayıt