Əsas Səhifə > Güney Press > Rusiyada içərisində 43 nəfərin olduğu sərnişin təyyarəsi ilə əlaqə kəsilib
Rusiyada içərisində 43 nəfərin olduğu sərnişin təyyarəsi ilə əlaqə kəsilib24-07-2025, 10:07 |
Rusiyanın Amur bölgəsində içərisində 43 nəfərin olduğu “An-24” təyyarəsi ilə əlaqə kəsilib. APA Rusiya mediasına istinadən xəbər verir ki, xilasedicilər “An-24”-ün axtarışı üçün Amur vilayətinin Tındinski rayonuna gedib. “An-24”ün Tında hava limanından bir neçə kilometr məsafədə radardan itdiyi bildirilir. Rusiya FHN xəbəri təsdiqləyib. Təyyarə Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edib. Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq və 6 ekipaj üzvü olmaqla 43 sərnişin var. Geri qayıt |