Əsas Səhifə > Güney Press > Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib

Sabiq deputat Xanhüseyn Kazımlı vəfat edib


24-07-2025, 09:47

Sabiq deputat Xanhüseyn Kazımlı 83 yaşında vəfat edib.

Bu barədə"Report"a onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, I, II, III, IV, V çağırış Milli Məclisin deputatı idi.

2002-ci ildə Prezidentin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif edilib.

Mərhum bu gün Yasamal qəbirstanlığında torpağa tapşırılacaq.


Geri qayıt