Əsas Səhifə > Güney Press > Norveç şirkəti Azərbaycanda ləğv edilir

Norveç şirkəti Azərbaycanda ləğv edilir


Dünən, 10:43

Norveç Krallığının “DNV AS” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv olunduğunu elan edir.

Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1009 Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133, mənzil 13 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, DNV AS — Norveç mərkəzli beynəlxalq sertifikatlaşdırma və təsnifat cəmiyyəti olub, əsasən dənizçilik, neft‑qaz, bərpa olunan enerji, elektrikləşdirmə və səhiyyə sektorlarında fəaliyyət göstərir.

Azərbaycanda 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Aydın Ağayevdir.


Geri qayıt