Əsas Səhifə > Güney Press > Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıbDünən, 10:07 |
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,25 %-dən 7 %-ə endirilməsi barədə qərar qəbul edib. "DİA-AZ" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %-dən 6 %-ə, yuxarı həddi isə 8,25 %-dən 8 %-ə endirilib. "Sabahdan qüvvəyə minəcək qərar faktiki inflyasiyanın proqnoz inflyasiyasının trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi vəziyyət, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - deyə AMB bəyan edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə sentyabrın 10-da açıqlanacaq. Geri qayıt |