Əsas Səhifə > Güney Press > "TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var

"TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var


Dünən, 05:42

"National Prime Hospital" MMC-nin dövlətə vergi borcu yaranıb.

32gun.az xəbər verir ki, sözügedən hospitalın borcu 42.230,91 manat məbləğindədir.

Şirkətin qanuni təmsilçisi Aygün Babayeva Ələkbər qızıdır və nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.

Xatırladaq ki, bu tibb müəssisəsi bir müddət əvvəl ümumi cərrah Ruslan Ağayevin əməliyyat zamanı "TikTok"da canlı yayım açması ilə gündəmə gəlmişdi. Sözügedən hadisə ictimaiyyətin və peşəkar dairələrin tənqidinə səbəb olmuşdu.



Geri qayıt