Əsas Səhifə > Güney Press / Partiya > “Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər”
“Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər”Bu gün, 05:12 |
“Hər adamdan həkim olmaz. Həkim hippokrat andı içib gəlib həkim olur. Həkimlik məhəbbət qədər ülvi və saf olmalıdır. Yoxsa o həkim ola bilməz. Həkimlərimizin bir hissəsi “moşşenik” olub. Pul üçün hər şeyə gedirlər. Düzgün deyil. Mənə gələn pasiyent kimdirsə, onu var qüvvəm ilə müalicə edirəm. Həkimliyin kodeksi budur. Hippokrat andı budur. Hippokrat andında qeyd olunub ki, sənə gələn xəstə kimdirsə onu müalicə etməlisən. Həkim birinci növbədə insanı sevməlidir. Mən həmişə belə deyirəm ki, kaş xəstənin çəkdiyi ağrı, əziyyəti həkim hiss edərdi. O zaman xəstəni başa düşər, onun qədrini bilərdi. Amma indi xəstə orada zarıyır, həkim yanından ötüb keçir”
Bunu Moderator.a-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov bildirib. O daha sonra əlavə edib:
“Həkim o demək deyil ki,elə biologiyadan, kimyadan 5 aldım, həkim oldum. Ona görə xaricdəki həkimlər neynir? 9-cu sinifdən çıxır, 2 il təcili-tibbi yardımda işləyir. Bu iki il olandan sonra həkim kimi işləyə bilərlər. Həkimliyə iş vermək elə-belə deyil. Həkimlik elə belə sənət deyil. Hətta yadıma gəlir, o vaxt “Semaşko”-da təcili-tibbi yardım qapısında yaşlı adam var idi. Xəstə gələn kimi həkimdən qabaq diaqnozu qoyurdu ona. Mən çalışıram ki, hər zaman xəstələrlə mehriban olum. Onların biri də burada şəfa alıb getməsə, bir daha yanıma qayıtmaz. Mən o xəstəyə artıq söz desəm, o bir də qayıtmaz. Bununla sən insana ömür verirsən. Eləsi də var ki, deyir ki, doktor, buradan gedəndə xəstəliyimin yarısı getdi” deyə o bildirib.
Geri qayıt |