Əsas Səhifə > Güney Press > İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulubBu gün, 11:00 |
Ermənistanda məhkəmə "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Arsen Torosyanın bank hesablarına "Taşir" şirkətlər qrupunun həbs edilmiş sahibi Samvel Karapetyanın iddiası əsasında həbs qoyub. "Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Cavab olaraq deputat məhkəmənin qərarını əsassız və siyasi motivli hesab etdiyini bildirib. O, həbsin ləğvi üçün vəsatət verib. "Mən əmlakımı satıb Ermənistandan qaçmaq niyyətində deyiləm, xüsusilə də Samodan (Samvel - red.) qorxaraq", - A.Torosyan sosial şəbəkələrdə yazıb. Geri qayıt |