Əsas Səhifə > Güney Press > Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif

Rusiyadan Azərbaycanı təmsil etmək istəyən idmançıya təklif


Bu gün, 06:29

Fiqurlu konkisürən Veronika Jilina karyerasını Rusiyada davam etdirmək qərarına gələrsə, ona dəstək göstəriləcək.

 Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fiqurlu Konkisürmə Federasiyasının baş direktoru Aleksandr Koqan bildirib.

“O, bizim idmançımızdır və Rusiya vətəndaşı kimi yarışlarımızda iştirak edə bilər. Heç kim ona mane olmayacaq. Biz həmişə idmançıların tərəfindəyik, hər zaman onları dəstəkləyirik”, - Koqan deyib.

Qeyd edək ki, daha öncə 17 yaşlı rusiyalı fiqurlu konkisürən Veronika Jilina Azərbaycan pasportu alıb və gələcəkdə Azərbaycanı təmsil etmək istədiyini bəyan edib.


Geri qayıt