Əsas Səhifə > Güney Press > Görkəmli memar Arif Əzizov vəfat edib
Görkəmli memar Arif Əzizov vəfat edibDünən, 09:13 |
Azərbaycanın görkəmli ziyalısı, tanınmış memar, onlarla tarixi-mədəni abidənin bərpasında əvəzsiz xidmətləri olan Prezident təqaüdçüsü, dövlət qulluqçusu Arif Bəylər oğlu Əzizov vəfat edib. “Qafqazinfo” xəbər verir ki, görkəmli memar ötən gün 80 yaşında dünyasını dəyişib. Yaxınları onun vəfatı ilə əlaqədar başsağlığı verib, ruhuna ehtiramlarını ifadə ediblər. Ömrünü Vətənə, xalqına və mədəni irsimizə həsr etmiş Arif Əzizovun əziz xatirəsi daim onu tanıyan və sevən insanların qəlbində yaşayacaq. Qeyd edək ki, 1945-ci ildə Naxçıvan şəhərində anadan olmuş Arif Əzizov tikinti və bərpa sahəsində bir sıra vəzifələrdə çalışıb, göstərdiyi xidmətlərə görə dəfələrlə müxtəlif dövlət mükafatlarına layiq görülüb. Allah rəhmət eləsin! Geri qayıt |