Əsas Səhifə > Güney Press > Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcək
Ərdoğan Nazirlər Kabinetinin iclasını keçirəcəkBu gün, 10:30 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək. Toplantıda əsas müzakirə mövzusu Türkiyədə terrorun tamamilə aradan qaldırılması ilə bağlı atılacaq addımlar və yeni dövr üçün hazırlanan yol xəritəsi olacaq. Həmçinin bu proseslə bağlı parlamentdə görüləcək işlər və bölgəyə təsir də dəyərləndiriləcək. Toplantının gündəmində xarici məsələlər də yer alacaq. Xüsusilə, Suriyada baş verən son hadisələr, druz qrupları arasında baş verən qarşıdurmalar və İsrailin Suriyaya hücumları da müzakirə ediləcək mövzular arasındadır. Geri qayıt |