Əsas Səhifə > Güney Press > Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb?
Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb?Bu gün, 12:32 |
“Azərbaycan ordusu Ermənistanın geniş ərazilərində radiokəşfiyyat aparmaq üçün böyük qüllə quraşdırıb”. Publika.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində yazıb. "2024-cü ildə Tavuş rayonunun Noyemberyan icmasının sərhəd zonasında Bağanis-Ayrım kəndinin ərazisi birtərəfli qaydada Azərbaycana verilib. Bu ərazilərdən yuxarıda, təpədə Azərbaycan hərbçiləri Ermənistanın radiokəşfiyyatının aydın şəkildə aparılması üçün iri qüllə quraşdırıblar. Fotoları çəkdiyim yerdən Ermənistan-Gürcüstan dövlətlərarası yolu keçir”, - Sarkisyan qeyd edib. Geri qayıt |