Əsas Səhifə > Güney Press > Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı:

Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı:


Bu gün, 11:58

Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü və onu sülhə təşviq etməsi xalqımız üçün ağrılı bir prosesdən xəbər verir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

O, Makronun Paşinyanla hər görüşündən sonra İrəvanın Bakının lehinə qərarlar verdiyini söyləyib:

“2022-ci il oktyabrın 6-da da Brüsseldə Paşinyanla Fransa prezideti arasında müzakirə oldu, daha sonra Ermənistanın baş naziri “artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sənədə imza atdı. Bütün Avropa liderləri də bunu alqışladı. 2023-cü ildə də isə ərazini tamamilə itirdik. İndi Makron Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının münasibətlərdə yeni səhifə aça biləcəyini söyləyib. Bəli, yeni səhifə açılır, amma Ermənistanın vilayətə çevrilməsi üçün”.


Geri qayıt