Əsas Səhifə > Güney Press > AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadıDünən, 16:53 |
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə invest.az-ın təsisçisinin məhkəməyə dəvət olunması istənilib. Təsisçi hazırda Azərbaycandan kənarda olduğuna görə həmin şirkətin nümayəndəsi Ceyhun İbrahimovun məhkəməyə çağırılması istənilib. Təqsirləndirilən şəxs deyib ki, həmin şəxs şirkətin Yeni Zelandiyaya pul köçürülmələri ilə bağlı yazışmaları təsdiq edə bilər. Zərərçəkmiş Babək Məmmədzadənin vəkili bu vəsatətə etiraz edib. Bildirib ki, bu vəsatət işin uzadılmasına xidmət edir. Məhkəmə vəsatəti təmin etməyib. Növbəti proses iyulun 21-də davam edəcək. İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib. Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur. İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib. Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir. Geri qayıt |