Əsas Səhifə > Güney Press > Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir?
Paşinyan 6 dəfə çağırdı, Makron niyə qəbul etmir?Bu gün, 16:04 |
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu Milli Bayram münasibətilə təbrik edib. Globalinfo.az xəbər verir ki, o, Makrona ünvanladığı məktubda bir çox məqamlara toxunub. Baş nazir Fransa xalqı ilə ermənilərin çoxəsrlik dostluq münasibətlərinin olduğunu söyləyib. O, iki ölkə arasında müxatəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini bildirib. Həmçinin Parisin Cənubi Qafqazda sülhün bərqərar olması üçün dəstəyini təqdir etdiyini deyib. Paşinyan Makronu Ermənistana rəsmi səfərə dəvət edib. Maraqlıdır ki, bu, Ermənistan liderinin Fransa prezidentinə son 3 ildə 6-cı dəvətidir. Erməni KİV-lərinin məlumatına görə, İrəvan və Paris arasında hər nə qədər münasibətlərin yüksək səviyyədə olduğu bildirilsə də, Makronun Asiya və Avropa ölkələrinə intensiv səfərləri fonunda israrlı dəvətlərə rəğmən Ermənistana gəlməməsi ictimaiyyətdə birmənalı qarşılanmır. Geri qayıt |