Əsas Səhifə > Güney Press > Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox,

Mümkün müharibə təkcə Yaxın Şərq üçün yox,


Dünən, 16:03

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Hazırda tərəflər arasında ciddi fikir ayrılıqları, qarşılıqlı etimadsızlıq və ziddiyyətli mövqelər fonunda diplomatik prosesin gələcəyi qeyri-müəyyən olaraq qalır.
Vaşinqtonun mövqeyinə görə, İranın nüvə silahına sahib olması regionda silahlanma yarışını sürətləndirə, qeyri-rəsmi nüvə təhlükəsini dərinləşdirə və “Hizbullah”, “Hüseynilər”, “HƏMAS” kimi silahlı qruplara nüvə texnologiyası və material ötürülməsi riskini artıraraq regional sabitliyi ciddi şəkildə təhdid edə bilər. Bu səbəbdən ABŞ, uranın yalnız dinc məqsədlərlə və məhdud zənginləşdirmə səviyyəsində istifadə olunmasını Tehranla danışıqların əsas şərti kimi təqdim edir.
Qeyd edək ki, 2025-ci ilin aprelində Oman və Roma vasitəsilə keçirilən beş raundlu danışıqlar çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin xüsusi nümayəndəsi Stiff Vitkoff arasında ortaq mövqeyə gəlinməyib. Razılaşmanın əldə olunmamasına səbəb Tehranın uranın zənginləşdirilməsi hüququnu qorumaq istəyinə qarşılıq olaraq, Vaşinqtonun bu fəaliyyətin sərt şəkildə məhdudlaşdırılmasında israrlı mövqe nümayiş etdirməsi olub.
İranın nüvə proqramı uzun illərdir ki, həm ABŞ, həm də İsrail üçün təhlükə kimi qiymətləndirilir. Məhz bu narahatlıqlar 2025-ci il iyunun 13-də İsrailin İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasına səbəb olub.
Hazırkı mərhələdə ABŞ prezidenti Donald Tramp nüvə məsələsi ilə bağlı Tehranla yeni danışıqlar raundunun planlaşdırıldığını bəyan etsə də, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, danışıqların vaxtı və məkanı hələlik müəyyən edilməyib. Bu isə rəsmi Tehranın diplomatik prosesə hazırlaşdığını göstərir.
 
Məsələ ilə bağlı Sherg.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə görə, ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların yenidən gündəmə gəlməsi qaçılmaz görünür:
vvəllər ABŞ ilə İran arasında keçirilən nüvə danışıqlarında razılıq əldə olunmamışdı və müzakirələr dalana dirənmişdi. İsrail bu situasiyadan bəhanə kimi istifadə edərək, İrana hücum etdi. İndi isə oxşar bir prosesin yenidən baş verdiyini müşahidə edirik”.
E. Xalidbəyli qeyd edib ki, Vaşinqton rəsmi Tehrandan yenidən nüvə danışıqlarına qayıtmağı tələb edir:
"Lakin İran tərəfinin məsələyə dair verdiyi açıqlamalar ziddiyyətlidir. Bəzi mənbələrin məlumatına görə, Tel-Əviv və Vaşinqton arasında İrana qarşı yeni hərbi zərbələrlə bağlı məsləhətləşmələr aparılır. Tramp administrasiyası hələlik İranla yeni müharibə ideyasına neqativ yanaşır. ABŞ prezidenti İranla razılaşmaq istəmədiyini desə də, nüvə proqramı ilə bağlı problemin siyasi-diplomatik yollarla həll edilməsinin vacibliyini önə çəkir. Bununla belə, Tramp administrasiyası paralel olaraq bildirir ki, əgər İranla razılaşma əldə olunmasa və İsrail-İran münaqişəsi yenidən başlasa, ABŞ İsraili dəstəkləyəcək”.
 
Politoloqun fikrincə, bu yanaşma Ağ Evin növbəti münaqişədə də İsrailin yanında yer almağa hazır olduğunu göstərir:
“Bu baxımdan hesab etmək olar ki, rəsmi Tehranyeni savaşın qarşısını almaq üçün nüvə danışıqlarının bərpasına yönəlik addımlar atmalı olacaq. Mövcud vəziyyət siyasi və diplomatik vasitələrlə ABŞ-İran arasında müzakirə edilməli və həll olunmalıdır. Çünki mümkün müharibə təkcə Yaxın Şərq üçün yox, ABŞ üçün də ciddi təhlükə mənbəyidir”.

Geri qayıt