Əsas Səhifə > Güney Press > Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcəkBu gün, 11:35 |
Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. Bu barədə "DİA-AZ"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq". Geri qayıt |