Əsas Səhifə > Güney Press > Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdırBu gün, 10:16 |
ABŞ Prezidenti Donald Tramp növbəti dəfə açıq şəkildə Rusiya Prezidenti Vladimir Putindən məyusluğunu dilə gətirərək onun sözlərinin heç bir əhəmiyyət daşımadığını bildirib. APA xəbər verir ki, Tramp bu barədə Endryus aviabazasında jurnalistlərə bildirib. Onun sözlərinə görə, Rusiya liderinin Ukraynadakı müharibənin nizamlanması ilə bağlı hərəkətləri məyusedicidir. “Mən Prezident Putindən çox məyusam. Düşünürdüm ki, o, sözünün üstündə duran adamdır, lakin o hamını bombalayır”, - Tramp deyib. Geri qayıt |