Əsas Səhifə > Güney Press > Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib

Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib


Dünən, 12:36

Ermənistanda "Kamk" təşəbbüsünün lideri Vaaqn Çaxalyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun oğlu Ruben Çaxalyan sosial şəbəkələrdə məlumat verib.

Bildirilib ki, qərarı hakim Nelli Bağdasaryan qəbul edib. V.Çaxalyan "Nubaraşen" cəzaçəkmə müəssisəsinə köçürülüb.

Onun adı "Müqəddəs mübarizə" hərəkatı ilə bağlı işdə keçir ki, bu çərçivədə iyunun 26-da terror aktı hazırlamaqda və hakimiyyəti qəsb etməkdə ittiham olunan 16 nəfər həbs edilib.

Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı iyunun 25-də genişmiqyaslı axtarışlar və saxlanılmalardan sonra həbs edilib.


Geri qayıt