Əsas Səhifə > Güney Press / Manşet > Rövşən müəllim, İRD... heç bir işə yaramır...

Rövşən müəllim, İRD... heç bir işə yaramır...


Bu gün, 14:46

"Yəqin sualı yazanı tapa bilmirlər..." "DİA-AZ" xəbər verir ki, bu ritorik sualla çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəşisi Mirvari Qəhrəmanlı çıxış edib.
O daha sonra neftçilərdnm birinin müraciətini ictimailəşdirib. "DİA-AZ" həmin işçinin açıqlamasını NHMT sədrinə istinadla təqdim edir:
"Bu ilin may ayinin 29-da SOCAR İRD-də 12-ci dərəcəli neft-qaz çixarma ustasi vakansiyasına imtahan vermişik. İmtahan prosesi zamani namizədlərdən biri test sualında səhv olduğunu aşkar edərək nəzarətçini çağirdi və şikayətci olduğunu bildirdi. Nəzarətçi də elan etdi ki, şikayət ekspertizaya gedəcək və sonra nəticələr müəyyən olunacaq. 29 may bu gün də 4 (dörd) iyul. Hələ də bir cavab yoxdur. Deyəndə ki İRD hec bir işə, heç bir tələbə yaramir xətirlərinə dəyir. Bir aydan çox bir müddətdə bir sualı araşdırmaq üçün bir mütəxəsis tapa bilmirlər ? Niyə bizi 2-ci mərhələyə dəvət etmirlər? Rovshan Najaf cənablarindan xahis edirik bu məsələni nəzarətə götürun, bunlara gözün üstə qasin var deyən yoxdur onsuz da..."

Geri qayıt