Əsas Səhifə > Güney Press > Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu

Səhiyyə Nazirliyinin 4.4 milyonluq tenderinə “stop” qoyuldu


Dünən, 11:07

Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsin digital rentgen (7 ədəd) və flüoqrafiya avadanlığının (7 ədəd) alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Ləğvedilmənin səbəbi açıqlanmayıb.

Satınalmanın dəyəri 4 454 170 AZN olub.


Geri qayıt