Əsas Səhifə > Güney Press > Ölkəyə ekstazi gətirən Ramazanov

Ölkəyə ekstazi gətirən Ramazanov


Dünən, 17:57

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə təqsirləndirilən Fərdi Rövşən oğlu Ramazanovun məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Dövlət ittihamçısı məhkəməyə baxış iclasının keçirilməsini istəyib. Məhkəməyə baxış təyin olunub. Növbəti proses iyulun 17-də davam edəcək.

Qeyd edək ki, 2024- cü ilin dekabrın 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Fərdi Rövşən oğlu Ramazanov gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb. Ona qarşı Cinayət məcəlləsinin 206.2 (qaçaqmalçılıq)

234.1 ( narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.


Geri qayıt