Əsas Səhifə > Güney Press > “Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi”
“Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi”Dünən, 11:31 |
“Demək olmaz ki, ölkəmizdə iş yoxdur. Əslində, var. Amma münasibət başqadır. Xaricdən işçi qüvvəsi gətirirlər. Məsələn, bizə 5 manat verirlər, onlara 50 manat. Öz işçimizə, mütəxəssisimizə qiymət vermirik”. Bunu yenisabah.az-a sosial məsələlər üzrə ekspert Nüsrət Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycanda yerli mütəxəssislərə münasibət başqadır: pizza sifarişi “Yaddan çıxarmaq olmaz ki, azərbaycanlı alimlər, mütəxəssislər dünya şöhrətlidir. Lütfi Zadə, Lev Landau, Rafiq Əliyev bəyəm azərbaycanlı deyil?! Sadəcə, belə mütəxəssislərə münasibət başqadır. Milli qürur nədənsə aşağı düşüb. Evdə arvad kişi ilə, ata-ana uşaqları ilə rusca danışır. Yaxşı, bəs Nizamini, Nəsimini, Füzulini kim oxuyacaq, kim öyrədəcək? Nizami “Xəmsə” yazanda ruslar meşədə ayılarla gəzirdi. İmperiya prinsipindən əl çəkmirlər. SSRİ-ni dağıtdılar, indi də peşman olublar və yenidən bir yerə yığmağa çalışırlar”. Ekspert vurğulayıb ki, Azərbaycan cəmiyyətində ruslara və rus dilinə hər zaman isti münasibət olub: “Mən siyasət adamı deyiləm, amma başa düşürəm ki, özümüzdə də günah var. 20 nəfər azərbaycanlı bir yerdə olsun, içərisinə bir rus gələn kimi başlayırlar rusca danışmağa. Amma gürcülər, ermənilər belə deyil. Onlar ruslardan həmişə istifadə ediblər. Təqsir özümüzdədir. Özümüz saxtakarıq. Özümüzə hörmət etmirik”. Geri qayıt |