Əsas Səhifə > Güney Press > Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılar
Peterburqda azərbaycanlı iş adamını evinə basqın edib saxladılarDünən, 14:57 |
Rusiyada xüsusi xidmət orqanları daha bir azərbaycanlını saxlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Qeyd edilib ki, o, Sankt-Peterburq şəhərindəki evinə silahlı basqın edilərək tutulub. 32 yaşlı azərbaycanlının “Amurov Group” MMC-yə rəhbərlik etdiyi bildirilir. Mənbənin yazdığına görə, o, 46 milyon rubl (təxminən 587 min manat) məbləğində dələduzluqda şübhəli bilinir. Polisin məlumatına görə, iş adamından axtarış zamanı 175 min rubl (2230 manat) və 500 dollar götürülüb. Geri qayıt |