Əsas Səhifə > Güney Press > Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdiDünən, 11:30 |
Slovakiya Azərbaycana yeni səfirini təyin edib. Ən maraqlısı odur ki, bu şəxs əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan azərbaycanlı diplomat Elçin Qasımovdur! Deputat yazır: “Dəyərli əmim oğlu Elçin Qasımovu bu məsuliyyətli diplomatik vəzifəyə layiq görülməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Elçin Qasımov uzun illər Slovakiya dövlətinin mühüm dövlət qurumlarında, xüsusilə diplomatiya sahəsində yüksək peşəkarlıqla fəaliyyət göstərmiş, qazandığı dərin hüquqi və beynəlxalq təcrübələri ilə seçilib. O, Azərbaycanın adını və dövlətini hər zaman qlobal miqyasda böyük məsuliyyət və ləyaqətlə təmsil edərək, Vətənimizin nüfuzunun daha da artmasına ciddi töhfələr verib.” Mircəlil Qasımlı eyni zamanda Slovakiya–Azərbaycan münasibətlərinin təməlində onların ailəsinin də əvəzsiz izlərinin olduğunu xatırladıb: “Qeyd etmək istərdim ki, Slovakiya–Azərbaycan diplomatik münasibətlərinin qurulmasında və dostluq əlaqələrinin formalaşmasında əmim Cəlal Qasımovun əvəzsiz rolu olub.” Deputat əminliklə bildirib ki, zəngin hüquqi biliklərə, diplomatik uzaqgörənliyə və beynəlxalq təcrübəyə sahib olan Elçin Qasımovun səfir kimi fəaliyyəti dövründə iki ölkə arasındakı əlaqələr daha da möhkəmlənəcək və Azərbaycan–Slovakiya əməkdaşlığı ən yüksək zirvəyə çatacaq. Xatırladaq ki, gənc səfir Elçin Qasımov Bakı şəhərində doğulub. Atası professor Cəlal Qasımov uzun illərdir Azərbaycanın Slovakiyadakı fəxri konsuludur. Bu ailənin artıq Slovakiya ilə dostluq körpüləri qurmaqda uzun və zəngin tarixi var. Geri qayıt |