Əsas Səhifə > Güney Press > Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu

Rusiyada 19 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu


Bu gün, 12:20

Rusiyanın Yamal-Nenets Muxtar Dairəsinin Labıtnanqi şəhərində 2006-cı ildə törədilmiş qətllə bağlı cinayət işinin istintaqı yekunlaşıb. İş üzrə təqsirləndirilən şəxs uzun illər beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşıdır.

Axar.az xəbər verir ki, bu barədə Ura.ru məlumat yayıb.

İstintaqın materiallarına görə, faciəli hadisə 2006-cı il mayın 3-nə keçən gecə baş verib. Təqsirləndirilən şəxslə tanışı arasında münaqişə baş verib və şübhəli şəxs zərərçəkənə odlu silahdan beş dəfə atəş açaraq, onu qətlə yetirib.

Qətldən sonra təqsirləndirilən şəxs hadisə yerindən qaçıb və Rusiyanı tərk edib.

Qeyd olunub ki, cinayətin üstünün açılması üçün bütün bu illər ərzində işlər davam etdirilib.

İş üzrə müttəhimə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qətl) ilə 6 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan qiyabi ittiham irəli sürülüb.


Geri qayıt