Əsas Səhifə > Güney Press > Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdıDünən, 14:12 |
Bakının Nizami rayonunda dincəlmək məqsədilə otelə qadın çağıran 28 yaşlı oğlanın başına iş gəlib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, Ağsu rayon sakini, 1997-ci il təvəllüdlü transseksualla Samir “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İlqar (adlar şərti verilib – red.) adlı şəxslə əlaqədə olmaq barədə razılığa gəlib. Samir İlqarın dəvəti ilə 10 yanvar 2024-cü ildə gecə saat 2 radələrində “Emerald” hotelə gəlib. Bu zaman İlqar çağırdığı şəxsin qadın olmadığını görüb, onunla görüşmək və ona pul vermək istəməyib. Onların arasında mübahisə baş verib. Mübahisə zamanı Samir deşici-kəsici alətlə iki dəfə İlqarın qarın nahiyəsinə vurub. İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ləqəbi Samişdır: “Yanvarın 9-da axşam saat 21 radələrində tanımadığım şəxs mənə zəng etdi, görüşmək istədiyini bildirdi. Razılaşdım, hara gələcəyimi soruşdum. Nizami rayonunun ərazisində “Emerald” hotelində görüşəcəyimizi dedi və adının İlqar olduğunu bildirdi”. Təqsirləndirilən şəxs qeyd edib ki, İlqarla görüşmək üçün yola çıxıb: “Yolda olarkən rəfiqəm “Ayan” ləqəbli şəxsi yığdım və harada olduğunu soruşdum. O, “Nice Life” hoteldə müştəri ilə görüşdüyünü və işini yekunlaşdırmaq üzrə olduğunu biİdirdi. Ayana “Nice Life” hotelinin yanında yerləşən “Emerald” hotelə gəldiyimi və məni gözləyə bilib-bilməyəcəyini soruşdum. Ayan heç bir problem olmadığını, məni gözləyəcəyini dedi. Mən “Emerald” hotelin qarşısına çatdıqda Ayan da “Nice Life” hoteldən çıxıb, “Emerald” hotelin qarşısına gəldi. Birlikdə hotelə daxil olduq. İkinci mərtəbədə İlqarın olduğu otağa qalxdım. Ayan isə hotelin lobbisində gözlədi. İlqarla otaqda oturaraq 10-15 dəqiqə söhbət etdik”. Samir deyib ki, daha sonra Samir şəkildəki şəxsin ona oxşamadığını deyib: “Cavabda dedim ki, pulumu ver, gedim. O, qışqıraraq taxtın üstünə çıxdı, otaqda olan şüşə su butulkasını yerə çırparaq sındırdı, şüşənin sınıq hissəsini əlində tutdu. Mən də otaqda olan şüşə stəkanı stolun üstünə vuraraq sındırdım və əlimdə saxladım. İlqar heç bir səbəb olmadan qışqırdı. Mən də əsəbləşdim, əlimdəki şüşə stəkanının qırığını divara çırpmaq istəyəndə İlqarın qarın nahiyəsinə dəydi. İlqara qəsdən xəsarət yetirmədim. Səs-küyə otağa rəfiqəm Ayan, hotelin bir neçə işçisi, daha sonra isə polis əməkdaşları gəldilər. Əməlimdən peşmanam. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişəm, onunla barışmışam”. İş üzrə zərərçəkmiş qismində ifadə verən İlqarın sözlərinə görə, yanvarın 9-da saat 21 radələrində işdən çıxdıqdan sonra dincəlmək məqsədi ilə “Emerald” hotelə gedib: “Hotelin 2-ci mərtəbəsində otağa qalxdıqdan sonra “İnstagram” sosial şəbəkəsində pul müqabilində cinsi əlaqədə olan şəxsin səhifəsini tapdım. Onunla əlaqə saxladım, görüşmək istədiyimi bildirdim. Telefon vasitəsi ilə mənimlə danışan şəxs, adını istintaq zamanı bildiyim Samir yox, qadın idi. Həmin qadınla razılaşaraq, onu hotelə dəvət etdim”. İlqar qeyd edib ki, yanvarın 10-da gecə saat 1-2 radələrində otağının qapısı döyülüb: “Qapını açanda iki nəfər transseksualın gəldiyini gördüm. Onlara transseksual yox, qadın çağırdığımı bildirdim. Samir otağa keçdi, o biri isə çöldə qaldı. Aramızda mübahisə yarandı. Samir məndən 150 manat pul tələb etdi. Mən 50 manat verə biləcəyimi və getməyini söylədim. Samir şüşə butulkanı divara vuraraq sındırdı, butulkanın qırığı ilə qarnımın sağ tərəfinə 2 xəsarət yetirdi. Bundan sonra digər transseksualla birlikdə getdi”. Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, şikayətini geri götürüb. Bu səbəbdən hakim Samirin barəsində olan cinayət təqibinə xitam verib. Geri qayıt |