Əsas Səhifə > Güney Press > Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıbBu gün, 11:20 |
Ermənistan İstintaq Komitəsi baş nazir Nikol Paşinyanın internetdə yayılan saxta səs yazısı ilə bağlı cinayət işi açıb. “Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, səs yazısında Paşinyan Milli Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin rəhbərlərinə tapşırıqlar verir. Cinayət Məcəlləsinin 364-cü maddəsinin 2-ci hissəsi ilə (bir qrup şəxs tərəfindən törədilən kompüter saxtakarlığı) cinayət iş açılıb. İstintaq aparılır, cinayətkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Geri qayıt |