Əsas Səhifə > Güney Press > “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcəkDünən, 12:03 |
28 iyul 2025-ci il tarixində “Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Banker.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə ““Kapital Bank” ASC tərəfindən 2024-cü il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi barədə” məsələ daxildir. Yığıncaq saat 11.00-da, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 61 nömrəli ünvanda yerləşən ADA Universitetinin” E” binasında (2-ci mərtəbədə yerləşən “Collaboration Room”) keçiriləcək. Geri qayıt |