Əsas Səhifə > Güney Press > Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlıBu gün, 10:07 |
Ali Məhkəmədə dələduzluqda ittiham olunan Emin Namazovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd: “Omaks-3” MTK-da rəhbər vəzifə tutmuş Emin Namazov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilib. Onun atası Tapdıq Namazov dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə, 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib. T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etdiyi, barəsində axtarış qərarı çıxarıldığı və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. T.Namazov isə bunu təkzib edib. O bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlində isə ölkəyə qayıdarkən saxlanılıb. Geri qayıt |