Əsas Səhifə > Güney Press > Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunubDünən, 16:33 |
Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Bəhruz Səmədova hökm oxunub. Hökmə əsasən, Bəhruz Səmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqust ayında DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur. Geri qayıt |