Əsas Səhifə > Güney Press > İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu

İsrail təyyarəsi Şərqi Azərbaycanda vuruldu


Dünən, 15:51

İsrailin qırıcı təyyarəsi Təbrizdə vurulub.
Bakupost.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Aşura İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsi bu barədə məlumat yayıb: "Sionist rejimin qırıcı təyyarəsi Şərqi Azərbaycan vilayətində uğurlu inteqrasiya edilmiş müdafiə atəşi ilə vurulub.
Səhər Təbriz şəhərində eşidilən səslər sionist rejimin düşmən hədəfləri ilə üzləşən hava hücumundan müdafiə sistemləri ilə bağlı olub və bu təhdidlər ölkə silahlı qüvvələrinin sayıqlığı ilə zərərsizləşdirilib".

Geri qayıt