Əsas Səhifə > Güney Press > Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilir
Ziya Məmmədovun oğlunun beton şirkəti ləğv edilirBu gün, 12:59 |
"Qarant Beton" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir. Teleqraf xəbər verir ki, şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Zeynalov Sənan Miryusif oğludur. Şirkətin borcu yoxdur, lakin 2021-ci il üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını vaxtında təqdim etmədiyinə görə 3 hal üzrə ümumilikdə 120.000 manat maliyyə sanksiyası tətbiq edilib. Şirkət aktiv vergi ödəyicisidir. Qeyd edək ki, “Qarant Beton MMC” (və ya “Qarant Sement Zavodu”) “Qarant İnşaat Sənaye” MMC-nin və ya "Garant Holdinq" strukturuna daxil olub. Şirkətin təsisçisi Anar Məmmədovdur. "Bakı Beynəlxalq Hava Limanı", "Flame Towers", "Füzuli Beynəlxalq Hava Limanı", "28 Mall" Ticarət Mərkəzi, "Park Bulvar" Ticarət Mərkəzi, "Azərtexnolayn", "Azgranata" və "Coca-Cola"nın anbarları, "Azercell"in şəbəkə obyektləri, tibbo obyektlər və sosial İnfrastruktur layihələrində bu şirkət subpodratçı kimi iştirak edib. Xatırladaq ki, 2017-ci ildə “PAŞA Bank” ASC-yə “Garant İnşaat Sənaye” MMC-yə (əvvəlki “Azbentonit” sement və tikinti qatqıları zavodu), “Garant Holding” MMC-yə, “Azpod” MMC-yə və Anar Məmmədovun özünə qarşı qarşı iddia qaldırmışdı. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləğidir. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsinini də tələb edirdi. Geri qayıt |