Əsas Səhifə > Güney Press > Gəmidə çalışanlar üçün VACİB BİLGİ
Gəmidə çalışanlar üçün VACİB BİLGİBu gün, 08:44 |
Azərbaycan RespublikasıNazirlər Kabinetinin bu qərarına praktikada necə əməl olunur?
AR-nın Əmək Qanunvericiliyi ilə bu gün işlıyən işçilərin əmək haqqına belə bir əlavə ödənişlər də nəzərdə tutulur:
Dəniz nəqliyyatında Ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə Gəmilərin qrupundan asılı olaraq aşağıdakı norma və məbləğlərdə sutkalıq ödənişlər ödənilir:
1. Kapitan: 44, 46, 50-ABŞ dolları məbləği.
2. Baş (böyük mexanik): 42, 44, 48 ABŞ dolları məbləğində.
3. Kapitanın böyük köməkçisi, 2-ci mexanik, böyük, 1-ci elektrik mexaniki, elektrik mexaniki: 38, 40, 42 - ABŞ dolları məbləği.
4. Kapitanın 2-ci köməkçisi, kapitanın sərnişin üzrə köməkçisi, radiostansiyanın rəisi, 3-cü mexanik, 2-ci elektrik mexaniki: 36, 38, 40 - ABŞ dolları məbləğində.
5. Komandir heyətinin başqa üzvləri, bosman, donkerman: 32,36, 38 - ABŞ dolları məbləğində.
6. Sıravi heyət: Gəmi qrupundan asılı olmayaraq - 30 - ABŞ dolları məbləğində.
7. Praktikantlara ezamiyyə xərcləri əvəzinə sıravi üzücü heyətin üzvlərinə müəyyən edilmiş sutkalıq ödənişlərin 50 faizi verilir.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.icu)
Geri qayıt |