Əsas Səhifə > Güney Press > ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaqDünən, 14:15 |
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq. APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib. “Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, - nazir deyib. Araqçi İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır: “2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”. Geri qayıt |