Əsas Səhifə > Güney Press / Partiya > Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır

Naxçıvanın muxtariyyəti ləğv edilir, doğru qərardır


Dünən, 16:13

Naxçıvanın muxtariyyəti ləğv edilir, düşünürəm ki, doğru qərardır. Çox güman, addım-addım bu yolla gedilir, son mərhələdə isə ölkə üzrə referendumla bir çox məsələlər, o cümlədən Naxçıvanın muxtariyyət məsələsi də öz həllini tapmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu REAL Partiyasının sədri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ölkədə idarəetmə, konstitusiya islahatları olmadan iqtisadi-sosial problemlərin həllinin mümkünsüz olduğunu illərdir ki, söyləyib:

“Deyəsən, sonda bu olacaq, sadəcə, insanı ağrıdan odur ki, məmləkətdə problemlərin həlli üçün operativ qərarvermə mexanizmləri çalışmır, məsələlər dərinləşəndə, çıxamaza doğru gedəndə addımlar atılır. İqtisadi dillə desəm və bunu xalq dilinə çevirsəm, Azərbaycan hökuməti qəribə şəkildə daim gecikir, 5 manata həll olunacaq problemi, sonda 25 manata həll etməyə məcbur qalır”.


Geri qayıt