Bu ilin ilk 3 ayında fiziki şəxslər Azərbaycandan xarici ölkələrə 112,7 milyon dollar pul göndəriblər. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricə göndərilən pulların miqdarı 14,3% və ya 18,8 milyon dollar azalıb. Qeyd edək ki, Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib. Üç ay ərzində xaricə köçürülən pulların 28,8%-i (32,4 milyon dollar) Türkiyənin payına düşüb. Türkiyəyə göndərilən pullar ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 milyon dollar azalıb. Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan ən çox aşağıdakı ölkələrə pul köçürülüb: Türkiyə – 28,8% (32,4 milyon dollar); Amerika Birləşmiş Ştatları – 16,7% (18,8 milyon dollar); Rusiya Federasiyası – 8,4% (9,5 milyon dollar); Gürcüstan – 6,2% (7,0 milyon dollar); Birləşmiş Krallıq – 5,3% (6,0 milyon dollar); Birləşmiş Ərəb Əmirlikləri – 4,8% (5,4 milyon dollar); Almaniya – 4,3% (4,9 milyon dollar); Kanada – 2,4% (2,7 milyon dollar); Koreya Respublikası – 1,8% (2,0 milyon dollar); İsveçrə – 1,6% (1,8 milyon dollar); Avstriya – 1,3% (1,5 milyon dollar); İtaliya – 1,3% (1,5 milyon dollar); Çin – 1,2% (1,4 milyon dollar); Qazaxıstan – 1,1% (1,3 milyon dollar); Fransa – 1,1% (1,2 milyon dollar); Polşa – 1,0% (1,1 milyon dollar); Ukrayna – 1,0% (1,1 milyon dollar); İsrail – 1,0% (1,1 milyon dollar); İspaniya – 0,9% (1,0 milyon dollar); Litva – 0,9% (1,0 milyon dollar); Belçika – 0,7% (0,8 milyon dollar); Çexiya Respublikası – 0,7% (0,8 milyon dollar); Hindistan – 0,6% (0,6 milyon dollar); Özbəkistan – 0,5% (0,6 milyon dollar); Niderland – 0,5% (0,5 milyon dollar); Portuqaliya – 0,3% (0,4 milyon dollar); Digər ölkələr – 5,5% (6,2 milyon dollar).
Geri qayıt
|