Əsas Səhifə > Güney Press > İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək?
İran-İsrail müharibəsi Azərbaycanın əmlak bazarına təsir edəcək?Bu gün, 11:49 |
İsrailin iyunun 13-də İrana aviasiya hücumlarına başlaması iki ölkə arasındakı hərbi toqquşmanın miqyasını artırıb. İndi hər iki ölkə bir-birinə müxtəlif formada hücumlar təşkil edir. Bu, hərbçilərin həyatını itirməsi ilə yanaşı, mülki insanlara da təsirsiz ötüşmür. Regional və beynəlxalq şəkildə öz mənfi təsirini göstərən bu müharibənin Azərbayacnın əmlka bazarında bahalaşmaya səbəb olacağını iddia edənlər var. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev məsələyə münasibət bildirib. O, Modern.az-a deyib ki, İranda baş verən müharibə səbəbindən Azərbaycanın daşınmaz əmlak bazarında ciddi qiymət artımının baş verəcəyini düşünənlər yanılırlar: "Azərbaycanın quru sərhədlərinin bağlı olması və üstəlik İranın da hazırda hava məkanının qapanması səbəbindən o ölkədən Azərbaycana insan axını mümkünsüzdür. Bu səbəbdən də əmlaklarının satış qiymətlərini artırmaq istəyənlər bilməlidirlər: artıq çoxmənzilli binalarla bağlı tikintilərə start verilir və tikintilərin sayı artdıqca, bazarda mütləq şəkildə bir rəqabət formalaşacaq. O baxımdan yaxın gələcəkdə qiymətlərin stabilləşməsi və hətta süni qiymət artımlarının da aradan qalxması qaçılmaz olacaq". Geri qayıt |