Əsas Səhifə > Güney Press > "Canımı verməyə hazıram"

"Canımı verməyə hazıram"


Bu gün, 11:48

İsrailin hücumunun ilk günündə yaralanan İranın ali dini liderinin müşaviri Əli Şamxani açıqlama verib.
Bakupost.az xəbər verir ki, o, “Mən sağam və canımı verməyə hazıram” deyib.
Qeyd edək ki, iyunun 13-də səhər saatlarında İsrailin evinə endirdiyi zərbədən sonra Şamxani ağır xəsarətlərlə xəstəxanaya aparılmışdı. Hazırda onun vəziyyəti stabildir.
O, Xamneyiyə və İran xalqına mesaj ünvanlayıb və işıqlı qələbə gününün yaxın olduğunu vurğulayıb: “İranın adı həmişə olduğu kimi tarixdə işıq saçacaq və şəhidlərin təbəssümü gələcəyimizin güzgüsünə çevriləcək”.

Geri qayıt