Əsas Səhifə > Güney Press > Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcək
Bu şirkət "Azərtibbtəchizat"ın işçilərini yeməklə təmin edəcəkDünən, 18:09 |
"Azərtibbtəchizat" MMC əməkdaşların gündəlik qidalanmasının təşkili məqsədilə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, tenderin qalibi "Lunchef Catering" MMC olub. Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi dəyəri 33.228,8 manat təşkil edir. Müqaviləyə əsasən, 8 ay ərzində həftənin 5 günü, saat 13:00-da kompleks nahar yeməyi təqdim olunacaq. Menyuda şorba, salat, əsas yemək və içki yer alacaq. Qidalanma xidməti üçün nəzərdə tutulan əməkdaş sayı hər gün nahar fasiləsindən 2 saat əvvəl sifarişçi qurum tərəfindən dəqiqləşdiriləcək. Təxminən 20 nəfər (+/- 2 nəfər) üçün gündəlik yemək təmin olunması gözlənilir. Geri qayıt |