Əsas Səhifə > Güney Press > İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edibDünən, 16:53 |
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossini İranın nüvə proqramı ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. "Report" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. "Qrossinin yol verdiyi gecikmə İsrailin qanunsuz məqsədlərinə çatması üçün zəmin yaratdı", - İRNA agentliyi İslaminin sözlərini belə təqdim edir. M.İslaminin fikrincə, Qrossi İranın dinc nüvə proqramı üzrə öhdəliklərini pozub. O vurğulayıb ki, AEBA-nın baş direktorunun İrana qarşı dağıdıcı rolu tarixə düşəcək. Qeyd edək ki, daha əvvəl M.İslami İranın nüvə obyektlərinin yaxşı vəziyyətdə olduğunu bəyan etmişdi. Geri qayıt |