Əsas Səhifə > Güney Press > Dövlət Komitəsinin 226 min manatlıq tenderi
Dövlət Komitəsinin 226 min manatlıq tenderiDünən, 15:36 |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən elan edilən tender ləğv edilib. FED.az xəbər verir ki, 2024–2026-cı illəri əhatə edən Kommunikasiya Strategiyasının 2025-ci il üzrə tədbirlərinin təşkili ilə bağlı elan olunmuş tenderin ləğv səbəbi kimi nəzarət orqanının qərarı göstərilir. Tenderin ehtimal olunan qiyməti 226.609,56 manat təşkil edirdi. Müsabiqə 17 mart 2025-ci il saat 10:52-də dərc olunmuş, təkliflərin son təqdim olunma tarixi isə 18 aprel 2025-ci il saat 14:25 olaraq müəyyən edilmişdi. Zərflərin açılışı da həmin gün və saatda nəzərdə tutulmuşdu. Ləğv səbəbi rəsmi olaraq nəzarət orqanının qərarı ilə izah edilib, başqa detallar açıqlanmayıb. Geri qayıt |