Əsas Səhifə > Güney Press / Ana xəbər > Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir

Mehdiyevlərin biznes ortağı şirkəti MTK-dan MMC-yə çevirir


Bu gün, 12:43

“Astoriya” Menzil-Tikinti Kooperativi (MTK) (VÖEN – 1000080591) təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrildiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, 2004-cü ildə dövlət qeydiyyatına alınan “Astoriya” MTK-nin nizamnamə kapitalı 50 manat təşkil edir.
Qeyd edək ki, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı, ev 52 ünvanında qeydiyyatda olan MTK-nın qanuni təmsilçisi Sadıqov Fərid Akif oğludur.
Məlumat üçün bildirək ki, “Astoriya” MTK-nın qanuni təmsilçisi Fərid Sadıqovun adı mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin ailə üzvləri ilə biznes ortaqlığında keçib. Bildirilir ki, Fərid Sadıqov hazırda “Astoriya Tibb Mərkəzi” MMC-yə (VÖEN – 1302904021) rəhbərlik edən Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisinin IV çağırış deputatı İlham Əlisəftər oğlu Əliyevlə şərikli biznesə sahib olub.
Onu da qeyd edək ki, “Astoriya Tibb Mərkəzi” MMC-nin hüquqi ünvanında – Yasamal rayonu, Landau, ev 6 ünvanında qeydiyyatda olan “THN” MMC-yə (VÖEN – 1302904431) də vaxtı ilə Fərid Sadıqovun rəhbərlik etdiyi bildirilir. Fərid Sadıqova 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verən yanğına görə şərti cəza verilib. Binadakı yanğına səbəb kimi “TNH” şirkəti tərəfindən binanın fasadına vurulan poliuretan materialı göstərilib.


Geri qayıt