Əsas Səhifə > Güney Press > Əvəz Zeynallının həyat yoldaşı:

Əvəz Zeynallının həyat yoldaşı:


Dünən, 15:54

Türkiyədə bağırsaq xərçəngi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı bank kartı ilə bağlı yaranmış problemin həll edildiyini deyib.

M. Zeynallı Teleqraf-a açıqlamasında Kapital Bankın nümayəndələrinin onunla əlaqə saxladığını vurğulayıb.

“Bizimlə əlaqə saxladılar və bildirdilər ki, hesab kartı yoxlanılıb, hər hansı problem yoxdur. Bu gün yenidən kartı yoxlayacağıq. Xalqımıza təşəkkür edirəm, əllərindən gəldiyi qədər yardım kampaniyasına qoşulublar", - deyə jurnalistin həyat yoldaşı deyib.

M.Zeynallı qeyd edib ki, bu gün həyat yoldaşının ikinci kimyaterapiyasıdır: "Səhhəti stabil və nəzarət altındadır”.

Qeyd edək ki, jurnalist Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir və hazırda Ankarada müalicə alır. Müalicə xərclərinin qarşılanması üçün ictimaiyyətə müraciət olunub və yardım kampaniyası başlayıb. Ailənin bildirdiyinə görə, Kapital bank kartına blok qoyulduğundan vəsaitin istifadəsi mümkün olmayıb.


Geri qayıt