Əsas Səhifə > Güney Press > Paşinyan bu tarixdə Türkiyəyə gedəcək

Paşinyan bu tarixdə Türkiyəyə gedəcək


Bu gün, 12:01

Ermənistan mətbuatı Baş nazir Nikol Paşinyanın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyi ilə bağlı məlumat yayıb.

Modern.az xəbər verir ki, Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyi gözlənilir.

Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan mətbuatın bununla bağlı sorğusunu cavablandırmaqdan yayınıb. “Baş nazirin səfərləri ilə bağlı lazımi məlumat lazımi vaxtda verilir”, - o deyib.

Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Paşinyanın Türkiyəyə səfər edəcəyini inkar etməyib, lakin gündəmin nədən ibarət olacağı məlum deyil. Paşinyanın mümkün səfəri ilə bağlı Türkiyə tərəfdən də məlumat yoxdur.


Geri qayıt