Əsas Səhifə > Güney Press > Şimali Makedoniya Parlament Assambleyasının sədri

Şimali Makedoniya Parlament Assambleyasının sədri


Bu gün, 06:23

Şimali Makedoniya Respublikasının Parlament Assambleyasının sədri Afrim Qaşi iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.

Teleqraf xəbər verir ki, o, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Milli Məclisin deputatı Fazil Mustafa və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, iyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək.


Geri qayıt