Əsas Səhifə > Güney Press > Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi13-06-2025, 17:01 |
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan baş nazir Nikol Paşinyanın yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcəyini inkar etməyib. Modern.az xəbər verir ki, A.Qriqoryan “Azadlıq” radiosunun sualınını cavablandırarkən görüşün gündəliyini açıqlamayıb. Armen Qriqoryan səfərin tarixini də dəqiqləşdirməyib və bildirib ki, bu barədə məlumatı baş nazirin dəftərxanası verəcək. İyunun 5-də baş nazir Paşinyan Türkiyə prezidenti Ərdoğanla telefon danışığı aparıb. Onlar Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib, dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. Geri qayıt |