Əsas Səhifə > Güney Press > SEPAH-ın bu generalları da öldürüldü

SEPAH-ın bu generalları da öldürüldü


Dünən, 16:25

İranın İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH, İsrailin son hücumları nəticəsində yüksək rütbəli komandirlərini itirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat SEPAH-ın rus dilində fəaliyyət göstərən rəsmi “Telegram” kanallarında yayılıb.

Məlumatda qeyd olunur ki, SEPAH-ın Hava Hücumundan Müdafiə (HHM) komandanı Davud Şeyxian, pilotsuz uçuş aparatları (PUA) idarəsinin rəhbəri Tahir Pur, SEPAH HHM diviziyasının komandiri Davud Çeçian, eləcə də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Xəvvani həlak olublar. Onlara “şəhid” statusu verildiyi bildirilib.


Geri qayıt