Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin qalibi “ME.GA.AN” MMC (VÖEN – 1800284991) olub. Yeniavaz.com xəbər verir ki, DSX “ME.GA.AN” MMC-dən 250 ton kömür yanacağı alacaq. Buna görə DSX “ME.GA.AN” şirkətinə 324 min 500 manat ödəyəcək. Qeyd edək ki, “ME.GA.AN” MMC 2 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu STQ, şəhər şossesi döngə 1, ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur. Məlumat üçün bildirək ki, “ME.GA.AN” MMC daha əvvəl DSX-nin çoxsaylı tender müsabiqəsində qalib olub. Müsabiqələrin böyük əksəriyyəti ayaqqabıların satın alınması ilə bağlı olub. “ME.GA.AN” MMC ayaqabılardan başqa DSX-yə geyimlər, dəsmallar, mələfə və balınc üzləri, bayraqlar kimi məhsullar da satıb. Lakin MMC ilk dəfə olaraq DSX-yə kömür satır.
Geri qayıt
|