Əsas Səhifə > Güney Press > Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar
Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar10-06-2025, 08:55 |
Los-Ancelesdə (Kaliforniya) etirazçılar arasında peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar. “Report” xəbər verir ki, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib. “Fox News”da ondan polislə toqquşmalarda etirazçılara kərpiclərin mütəşəkkil şəkildə çatdırılması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirməsi istənilib: “İnsanlara bunun üçün pul verilir, onların davranışlarını görə bilərsiniz. Onlar etirazçıların izdihamı içərisindədirlər və zorakılıq törətmək üçün bir-birlərinə işarə verirlər. Bu əməliyyatdır və peşəkar şəkildə həyata keçirilir. Bu, əvvəllər də olub, biz buna son qoyub hamısını məsuliyyətə cəlb edəcəyik”, - nazir bildirib. Noem Los-Ancelesi bürümüş iğtişaşların təşkili və maliyyələşdirilməsinin arxasında konkret kimin ola biləcəyini açıqlamayıb. Geri qayıt |